Yığmamız 2 pillə irəlilədi

Yığmamız 2 pillə irəlilədi
13:05 31 Mart 2017
100 İdman
Ölkə mətbuatı
A- A+

Milli komandaların aprelin 6-da dərc olunacaq FİFA reytinqi ilə bağlı ehtimallar açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, təxmini siyahıda martda keçirilmiş DÇ-2018-in seçmə və yoxlama oyunlarının nəticələri də əksini tapıb.

Bu ayın əvvəlində açıqlanan siyahı ilə müqayisədə cədvəldə bir sıra dəyişikliklər baş verib. Yerdəyişmələr Azərbaycan millisindən də yan ötməyib.
 
Martın 9-da yoldaşlıq oyununda Qətəri 2:1 hesabı ilə yenib, 26-da Almaniya ilə seçmə matçında 1:4 uduzan yığmamız xal hesabını 380-dən 386-ya çatdırıb. Bu da Robert Prosineçkinin yetirmələrinin mövqeyində əksini tapıb. Komandamız 89-cu yerdən 87-ci qalxıb.
 
Millimiz 4 komandanı - Qətər, Qvatemala, Qvineya-Bissau, Sent-Kitts və Nevis yığmalarını arxada qoyub. Amma Suriya və Boliviyanın sıçrayışla bizi də keçməsi cəmi 2 pillə irəliləməyimizlə nəticələnib.
 
Millimiz və "qonşular"ı
83 (66). Benin - 396
84 (78). Konqo - 392
84 (87). Qabon - 392
86 (81). Norveç - 387
87 (89). Azərbaycan - 386
88 (98). Svazilend - 378
89 (90). Zambiya - 370
90 (84). Qətər - 369
91 (106). Mavritaniya - 366
 
Təxmini siyahıya baxsaq, dünyanın ən güclü 10 komandasının mövqeyində də ciddi dəyişikliklər olub. Braziliya 7 ildən sonra 1-ci pilləyə yüksəlib. Argentinanın 1 illik liderliyi sona çatıb. Uruqvay "onluq"dan ayrılaraq, yerini İsveçrəyə verib. Belçika ilə Kolumbiya isə 5-ci və 7-ci yerdəki mövqelərini dəyişib.
 
İlk "onluq"
2 (1). Braziliya - 1661
1 (2). Argentina - 1603
3 (3). Almaniya - 1464
4 (4). Çili - 1403
5 (7). Kolumbiya - 1348
6 (6). Fransa - 1294
7 (5). Belçika - 1281
8 (8). Portuqaliya - 1259
9 (11). İsveçrə - 1212
10 (10). İspaniya - 1204
 
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin də mövqeyində bir sıra dəyişikliklər olub. Almaniya mövqeyini qoruyubsa, Şimali İrlandiya 9 pillə irəliləyib. Digər komandalar isə geriləyib. Norveç 5 pillə geri düşməklə yığmamıza qonşu olub. 86-cı pillə Norveç futbol tarixinin antirekordudu. Bu da siyahının rəsmi açıqlanacağı aprelin 6-da tarixə düşəcək. Ehtimallara görə Çexiya 4, San-Marino 1 addım aşağı yuvarlanıb.
 
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
3 (3). Almaniya - 1464
26 (35). Şimali İrlandiya - 823
46 (42). Çexiya - 679
86 (81). Norveç - 387
204 (203). San-Marino - 12
 
Qeyd edək ki, qonşu Türkiyə yığması 4 pillə irəliləməklə 22-ci yerə düşüb. "Ay-ulduzlular"ın hesabında 863 xal var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/530797.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR