Bakıda təhlükəli piyada keçidi - DİQQƏTLİ OLUN - FOTO

Bakıda təhlükəli piyada keçidi - DİQQƏTLİ OLUN - FOTO
13:17 31 Mart 2017
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda piyada keçidlərindən biri sürücülər üçün təhlükə saçır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Bakı, Xətai, Zığ şossesi, Kombinat ərazisində yerləşən piyada keçidinin alçipan üzlüyü qəzalı vəziyyətdədir.
 
Məsələ ilə bağlı aidiyyəti qurum olan "Azəravtoyol" ASC ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli lent.az-a bildirib ki, məsələdən agah olan kimi əməkdaşlar həmin əraziyə göndəriblər:

"Əməkdaşlarımız hazırda ərazidədir. Qəzalı vəziyyətdə olan, sadəcə, kiçik bir hissədir. Yerinə yapışdırılacaq. Təmirlə bağlı yolun bağlanması nəzərdə tutulmayıb".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/530819.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR