Məşhur idmançı lüks apartament aldı - FOTO

Məşhur idmançı lüks apartament aldı - FOTO
13:22 31 Mart 2017
108 Maraqlı
Ölkə mətbuatı
A- A+

Məşhur serb tennisçi Novak Cokoviç ABŞ-ın Florida ştatındakı Mayami şəhərində lüks apartament alıb.

Milli.Az Page Six-ə istinadən bildirir ki, "Böyük Dəbilqə" turnirlər seriyasında 12 dəfə qalib gəlmiş sabiq dünya çempionu memar Renso Pyaonun layihəsi əsasında tikilmiş binada 3 yataq otaqlı kondominium alıb.

Mayami-Biçdəki "Eighty Seven Park"da yerləşən bu binada üçotaqlı mənzillər 8,9 milyon dollar, penthaus isə 38 milyon dollardır. Mənzillərin interyeri RDAİ bürosu və "Hermes" bürosunun birgə layihəsidir.

70 apartamentli bu binada sakinlərə hotel komfortu təklif olunur.

N.Cokoviç hazırda dünya tennis reytinqində 2-ci yerdədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/530731.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR