Pakistanın şimal-qərbindəki Paraçinar şəhərində baş verən terror hadisəsi zamanı 13 nəfər ölüb, 40 nəfər isə yaralanıb.
Metbuat.az bildirir ki, şiələrin ibadət etdikləri ərazini hədəfə alan terrorçuların hələlik hansı təşkilatın üzvü olduğu məlum deyil. Yaralıların xəstəxanaya çatdırılması üçün bölgəyə helikopter göndərilib.
Orxan / Metbuat.az