Venger: "Özil Azərbaycandan köklənmiş vəziyyətdə qayıdıb"

Venger: "Özil Azərbaycandan köklənmiş vəziyyətdə qayıdıb"
13:47 31 Mart 2017
114 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya milli komandasının futbolçusu Mesut Özil İngiltərənin "Arsenal" klubuna hazır vəziyyətdə qayıdıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Arsen Venger açıqlama verib. Fransalı mütəxəssis Azərbaycan yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçında çıxış etmiş türk əsilli yarımmüdafiəçinin zədəsinin tam sağaldığını bildirib: "Özil yenidən meydana çıxmağa hazırdır. O, Azərbaycanda 20 dəqiqə oynayıb. Oyundan köklənmiş vəziyyətdə qayıdıb və bu həftə xeyli çalışıb".

Venger digər zədəli futbolçuların vəziyyətindən də danışıb. O, Santi Kasorlanın mövsümün sonunadək, qapıçı Petr Çexin növbəti iki oyunda meydana çıxmayacağını açıqlayıb.

Qeyd edək ki, "Arsenal" son 9 oyundan 6-da məğlubiyyətlə üzləşib. İngiltərə Premyer Liqasında 27 oyundan sonra "topçular" 50 xalla 6-cı pillədə qərarlaşıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/530818.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR