Şou əhli soyqırımı andı: "Bu, vəhşilikdir" - FOTO

Şou əhli soyqırımı andı: "Bu, vəhşilikdir" - FOTO
13:57 31 Mart 2017
125 Şou
Ölkə mətbuatı
A- A+

Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 99 il ötür. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, soyqırım gününü ananlar arasında şou-biznes nümayəndələri də yer alıblar. 

Onlar soyqırımla bağlı fotolar payılaşaraq bu günü unutmayacaqlarını qeyd ediblər. 

Əməkdar artist Murad Dadaşov paylaşdığı fotoya "Düşmən nə qədər çalışsa da, nə qədər qətliamlar törətsə də Azərbaycan xalqının milli iradəsini məhv edə bilmədi. 99 il əvvəl minlərlə insan sadəcə Azərbaycanlı olduğu üçün qətlə yetirildi. Allahdan rəhmət dileyirik!" sözlərini yazıb. 

Günay İbrahimli isə "Bir bu fotoya baxın. Necə dəhşətlidir? Sümüklər bir-birinə qarışıb. Görəsən ruhları necə? Rahatdırmı? Bu, vandalizmdir, vəhşilikdir. O sümüklər sızıldayır. Belə zülm və zalımlıq olar? Belə baxıb keçirik, ancaq dərinliyi ilə düşünsək görərik ki, faciəvi bir qırğındır. Düzdü, gəncəm. Amma bu yaşıma kimi bir şeyin fərqinə varmışam: "Ədalət gec-tez öz yerini tapacaq" deyə, qeyd edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/530830.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR