Tanınmış müğənni: ""Nömrə 1" müğənni Röyadır, Aygün əvvəllər idi" - VİDEO

Tanınmış müğənni: ""Nömrə 1" müğənni Röyadır, Aygün əvvəllər idi" - VİDEO
14:34 31 Mart 2017
205 Digər
Ölkə mətbuatı
A- A+

 

Azərbaycanlı müğənni Rauf Əhmədov “Şou-biznesin “Nömrə 1” qadın və kişi müğənnisi kimdir?” sualına cavab verib. Lent.az-ın canlı yayımında qonaq olan ifaçı bildirib ki, onun üçün qadınlar arasında “Nömrə 1” əməkdar artist Röya Ayxandır: “Ümumiyyətlə, mən qadın müğənniləri çox istəyirəm. Brilliant Dadaşova, Sevda Ələkbərzadə, Röya Ayxan, Aygün Kazımova... Mənə elə gəlir ki, indi şou-biznesdə qadınlar arasında “Nömrə 1” Röyadı. Nəyə görə? Çünki stabil işləyir, camaat indi onu daha çox istəyir. İndi Aygün xanım da var. Amma Röya daha gəncdir, sevilir. İndi mən və Roya ayrı-ayrılıqda konsert etsək, tamaşaçılara desəm ki, gəlin filan məkana. Təbii ki, Röyanın konsertinə gedən daha çox olacaq. Aygün Kazımovanın da vaxtları var idi... Camaatın 1 mahnısı məşhurlaşanda, Aygünün 1 albomundan 7-8 mahnı hit olurdu”.

 

Rauf bildirib ki, hazırda şou-biznesdə kişilər arasında “Nömrə 1” müğənni isə Miri Yusifdir: “İndi kişilər arasında “Nömrə 1”, ulduz Miri Yusifdir. Nəyə görə? Hazırda dinləyicisi çoxdur, sevilir. Fikirləşirəm ki, Miri Yusif də mənə rəqibdir. Amma etiraf edim kİ, o, ulduzdur”. 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271020

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR