Hansı messencer daha təhlükəsizdir?

Hansı messencer daha təhlükəsizdir?
14:35 31 Mart 2017
Ölkə mətbuatı
A- A+

“Solar Security” şirkətində çalışan mütəxəssislərin qənaətinə görə, bütün populyar messencerlər haker hücumlarına qarşı dayanıqsızdır.

Bu şirkət avtomatik ikilik təhlil texnologiyasının köməyi ilə 9  ən populyar messencerin kodunu yoxlayıb: “Telegram”, “WhatsApp”, “Viber”, “Facebook Messenger”, “Signal”, “Slack”, “Skype”, “WeChat” və “QQ International”. Məlum olub ki, yalnız “Android” platformasında işləyən “Signal” messenceri kritik boşluqlara malik deyil. Ancaq sözügedən messencerin kodunda 6 orta səviyyəli və 7 aşağı səviyyəli səhv aşkar edilib. “Facebook Messenger” və “Slack” messencerlərinin kodunda 4 kritik boşluq, digərlərində isə daha çox boşluq tapılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Android” mobil əməliyyat sistemində işləyən messencerlərdə ən geniş yayılmış kritik boşluqlara şifrləmə və xeşləmə üzrə zəif alqoritmlər, SSL-in təhlükəli reallaşdırmaları, boş parollardan istifadəni göstərmək olar. Bu səhvlər qurğuda saxlanılan loqin və parolların oğurlanması riskini artırır.

Messencerlərin “iOS” versiyaları “Android” kliyentlərlə müqayisədə daha zəifdirlər. Məsələn, “Solar Security” şirkətinin mütəxəssisləri “Facebook Messenger”in “iOS” versiyasında 12, “Viber”də 15, “Skype” 17 kritik boşluq aşkar ediblər. Ən çox boşluq Çinin “QQ International” və “WeChat” messencerlərində aşkar edilib. Şirkətin mütəxəssisləri hesab edirlər ki, messencerlərin “iOS” versiyalarında daha çox səhv aşkar edilməsi onunla əlaqədardır ki, “Android” tərtibatçıları təhlükəsizlik məsələlərinə daha diqqətlə yanaşırlar.

Messencerlərin nümayəndələri təhlükəsizliklə bağlı informasiyanı təsdiq etməyərək bildiriblər ki, bütün məhsullar müntəzəm yoxlamadan keçir.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-46866-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR