Bu halda yaddaşlara həkk olunmuşdu, ilk şad xəbər gəldi - FOTO

Bu halda yaddaşlara həkk olunmuşdu, ilk şad xəbər gəldi - FOTO
14:37 31 Mart 2017
137 Dünya
Ölkə mətbuatı
A- A+

İngiltərənin paytaxtı Londonda baş verən teraktın simvolu sayılan şəkildəki amerikalı qadın Melissa Kokrendan şad xəbər var.

Hücum nəticəsində ərini itirən Melissa hazırda qoltuğaltı dəyənəkləri vasitəsi ilə gəzə bilir.

Evliliklərinin 25-ci ildönümlərini qeyd etmək üçün Londona gedən cütlük Vestminister körpüsündəykən terrorçu Xalid Məsudun sürətlə sürdüyü avtomobilinin altında qalaraq əzilmişdi.

Milli.Az xəbər verir ki, Britaniya mediasının "Dul, yaralı, amma gülümsəyir" başlığı ilə təqdim etdiyi xəbərlərdə bildirilib ki, terrorçular qələbə qazana bilməyiblər.

Hazırda xəstəxanada müalicə alan amerikalı qadının ayağında qırıqlar və qoltuq dəyənəkləri ilə hərəkət edə bilir.

Ona yardım məqsədi ilə 75 min dollar yığılıb. Melissa Cochran onun üçün pul bağışlayan və dəstək olanlara təşəkkür edib.

Qeyd edək ki, Londonda baş verən terror hücumu nəticəsində biri polis olmaqla 4 nəfər həyatını itirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/530837.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR