NATO bu görüşdə Rusiyaya qarşı plan hazırlayacaq – RƏSMİ

NATO bu görüşdə Rusiyaya qarşı plan hazırlayacaq – RƏSMİ
14:38 31 Mart 2017
101 Dünya
Ölkə mətbuatı
A- A+

Şimali Atlantika İttifaqına (NATO) üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə Rusiyanın təcavüzünə cavab addımları müzakirə olunacaq.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın dövlət katibi Reks Tillerson deyib.

“Nəhayət ki, biz Avropada, xüsusi halda, Avropanın şərqində, Ukraynada və başqa yerlərdə Rusiyanın təcavüzünə cavab olaraq NATO-nun mövqeyini müzakirə edirik”, - Tillerson bildirib.

Onun sözlərinə görə, xarici işlər nazirlərinin görüşündə müzakirə ediləcək digər məsələ İŞİD terror təşkilatı ilə mübarizədə NATO-nun iştirakı məsələsidir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193245.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR