Meteoroloqlardan Bakıda əsən güclü küləklə bağlı PROQNOZ

Meteoroloqlardan Bakıda əsən güclü küləklə bağlı PROQNOZ
15:12 31 Mart 2017
498 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bakıda və Abşeron yarımadasında əsən güclü külək bu gün gecəyə doğru zəifləyəcək".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, artıq sabahdan mülayim cənub küləyi əsəcək.

G.Məmmədova belə hava şəraitinin əvvəlki illərin mart-aprel aylarında da müşahidə edildiyini söyləyib.
G.Məmmədova onu da əlavə edib ki, son 2 gün ərzində Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasına yaxın və 1 dərəcə yüksək olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/530850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR