Raul prezident köməkçisi olacaq

Raul prezident köməkçisi olacaq
15:27 31 Mart 2017
103 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya millisinin və "Real"ın sabiq futbolçusu Raul Qonzales klubun prezidenti Florentino Peresin köməkçisi olacaq. 


Fanat.Az xəbər verir ki, bu barədə "Onda Cero" məlumat yayıb. 


Xəbərə görə, Raul vəzifəsinə 2017-ci ilin iyun ayında başlayacaq. Onun "Atletiko" ilə matça Peres ilə görüşmək üçün gələcəyi gözlənilir. 


40 yaşlı veteran futbolçu hazırda İspaniya Peşəkar Futbol Liqasının ABŞ-da səfiridir. 


Qeyd edək ki, Raul Qonzales "Real"ın yetirməsidir. O, 1994-cü ildən 2010-cu ilə qədər əsas komandada çıxış edib. Madrid klubunun heyətində 6 dəfə İspaniya , 3 dəfə isə Çempionlar Liqasının qalibi olub. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-raul-prezident-komkcisi-olacaq-t57250.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR