"İlahiyyat" məscidinin idarəçiliyi dəyişdirildi

"İlahiyyat" məscidinin idarəçiliyi dəyişdirildi
15:44 31 Mart 2017
41 Digər
Ölkə mətbuatı
A- A+

Uzun müddət Bakı Dövlət Universitetinin tələbə şəhərciyi ərazisində dövlət qeydiyyatsız fəaliyyət göstərmiş İlahiyyat məscidinin idarəçiliyi Qafqaz Müsəlmanları İdarəsinə verilib. Lent.az-ın QMİ-nin saytına istinadən məlumatına görə, Azərbaycanda dini təhsil alan tələbələr üçün tədris, maarifləndirmə işlərinin daha təkmil şəraitdə həyata keçirilməsi məqsədilə məscid ətrafındakı ərazidə gələcəkdə geniş yenidənqurma işlərinin görülməsi – Tədris Mərkəzinin inşası nəzərdə tutulur. Bu tədris mərkəzinin elm məbədi - universitet yaxınlığında yerləşməsi də mühüm məqam kimi nəzərdən keçirilir.

 

Yaradılmış yeni islam kollecləri üçün müasir tələblərə cavab verəcək, dinin elmi şəkildə tədrisi prosesinin təkmilləşdirilməsinə xidmət edəcək belə bir mərkəzin Azərbaycanda İslam Həmrəyliyi İlində yaradılması dindarlara böyük töhfə olacaq.

 

Hazırda bu istiqamətdə layihə hazırlıq işləri görülür və bu, məscidin fəaliyyətinə heç bir maneə yaratmır. Məsciddə ibadət prosesləri həyata keçirilməkdə davam edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271025

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR