“Vault 7”də üçüncü hissə - “WikiLeaks” MKİ-yə YENİ ZƏRBƏ

“Vault 7”də üçüncü hissə - “WikiLeaks” MKİ-yə YENİ ZƏRBƏ
16:08 31 Mart 2017
102 Dünya
Ölkə mətbuatı
A- A+

“WikiLeaks” saytı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) aid “Vault 7” adlı məxfi sənədlər paketinin yeni hissəsini dərc edib.

Publika.az xəbər verir ki, “Marble” (“Mərmər”) adlandırılan hissədə 676 fayl var.

“Dark Matter” (“Tünd materiya”) kimi göstərilmiş MKİ-nin sənədlərinin əvvəlki hissəsi martın 23-də dərc edilib. Bu hissə əsasən Apple şirkətinin cihazlarına, xüsusən də Mac və iPhone smartfonlarına qanunsuz daxilolmalardan bəhs edir. Sənədlərdə qeyd edilir ki, MKİ Apple cihazlarında “kök atmaq” üçün eyni zaman bir neçə alətdən istifadə edirmiş. Buraya həmçinin “əməliyyat sisteminin sındırılmasına yönəlmiş EFI/UEFI imkanları və utilitləri” də daxildir.

“WikiLeaks” MKİ-nin məxfi sənədlər paketinin birinci hissəsini isə martın 7-də (8,7 min sənəd) dərc etdi. Bildirilir ki, məxfi sənədlər paketinin ilk hissəsinin dərci kəşfiyyat idarəsinin ən böyük informasiya itkisi olacaq.

Məxfi sənədlərdən aydın olur ki, CİA “Apple”, “Google” və “Microsoft” istifadəçilərini asanlıqla izləyir. 5 min haker ordusu “Facebook” üzərindən insanlara nəzarət edir. Bu metodun CİA ilə Böyük Britaniya kəşfiyyatı “Mi5” birlikdə yaradıb. Məlumata görə, “Samsung” markalı “smart” televizorlar izlənmə üçün ən yaxşı vasitədir. Televizorun qeydə aldığı səs qeydləri avtomatik olaraq CİA-nın mərkəzinə ötürülür.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193263.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR