Arvadı ilə gəzən kişini ailəsi qarışıq qətlə yetirdi - 4 günlük QƏTL SİRRİ

Arvadı ilə gəzən kişini ailəsi qarışıq qətlə yetirdi - 4 günlük QƏTL SİRRİ
16:12 31 Mart 2017
238 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Adana vilayətinin Kozan mahalında bir ailənin 5 üzvünün qətlə yetirilməsinin pərdəarxası olaydan 4 gün sonra məlum olub.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, ölənlərdən birinin cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən birinin həyat yoldaşı ilə əlaqəsi olduğu ortaya çıxıb. Qətlin törədildiyi gecə spirtli içki qəbul etmiş halda İbrahim Açıkgöz ilə birgə dostları Həmdi İncəli və Murat Tosun da saxlanılıb. Bir ailənin 5 üzvünü Murat Tosun ilə İbrahim Açıkgözün qətlə yetirdiyi, Həmdi İncəlinin də onları hadisə yerinə avtomobili ilə gətirib-apardığı məlum olub.

Qeyd edək ki, öldürülən Mehmet Doğanın Murat Tosunun həyat yoldaşı ilə əlaqəsi olduğu iddiaları üzərinə qurulan "qətl planı" zamanı Mehmet Doğandan başqa, biri 8 yaşlı uşaq olmaqla 4 nəfər də evdə qətlə yetirilib. 

Faktla bağlı istintaq davam edir.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/530863.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR