Gözlərini ovxalayanlara pis xəbər

Gündəlik həyatda etdiyiniz bir çox davranışlar zamanla çirkin görünməyinizə və hətta gəncliyinizi əlinizdən almağa səbəb ola bilər.

Metbuat.az xəbər verir ki, xanımların sevərək yığdığı “at quyruğu” saç düzümü sağlamlığa zərər verirmiş. Mütəxəssislər deyir ki, bu saç düzümü saç tökülməsi, keçəllik kimi ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Həddindən çox süd içənlərə mütəxəssislər xəbərdarlıq edib. Belə ki, normadan çox süd içənlərin dərisində problemlər yaranır.

Oturarkən ayağı ayağın üstünə atmaq xüsusilə, damarların sıxılmasına və varis probleminə səbəb olur.

Saçlarınızı az nəmli olarkən darayın. Əks halda saçlarınız qırılacaq və zərər görəcək.

Gözlərini ovuşduranlara pis xəbərimiz var. Bu pis vərdiş kirpiklərinizin tökülməsinə və kirpik qırılmalarına səbəb olur.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR