ABŞ ordusuna əmr verildi

Dünyada davam edən müharibələrin hər birinə müdaxiləsi ilə seçilən ABŞ ordusu bu dəfə kosmosda əməliyyatlara hazırlaşır.

Metbuat.az bildirir ki, ABŞ donanmasının rəsmilərindən olan admiral Çarles Riçard ABŞ ordusunun kosmosda hərbi əməliyyatlar aparmaq iqtidarında olmasını sübut etməyin vaxtının çatdığını söyləyib. Ölkənin kosmos strategiyasının inkişaf etdirilməsi gələcəkdə naməlum güclərlə müharibə təhlükəsini artırdığından, buna hər an hazır olmağın vacibliyi ifadə olunub. Müharibəyə əngəl törətməyin ən yaxşı yolunun ona hazır olmaqda görən admiral, kosmos da daxil olmaqla, istənilən ərazidə uğur qazanana qədər döyüşməyin vacib olduğunu qeyd edib.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR