Sərxoş halda qaldırdığı divanın altında qaldı - Bakıda

Sərxoş halda qaldırdığı divanın altında qaldı - Bakıda
16:52 31 Mart 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 37 yaşlı kişi üzərinə divan düşməsi nəticəsində ağır xəsarət alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Şamil Kazımov küçəsi 21 ünvanındakı mənzillərdən birində yaşayan 1980-ci il təvəllüdlü Babayev Tural Xanmirzə oğlu evdə sərxoş vəziyyətdə divanı qaldırıb. Nəticədə T.Babayev ağırlığa tab gətirməyərək yıxılıb. Divan onun üzərinə düşüb. T.Babayev sınıq xəsarətləri alaraq 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisənin dəqiq hansı şəraitdə baş verməsi Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının araşdırmalarından sonra məlum olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/530875.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR