Lüks həyatından imtina edib vaqonda yaşayan milyonçu - SƏRVƏTİNİ BAĞIŞLADI - VİDEO

Lüks həyatından imtina edib vaqonda yaşayan milyonçu - SƏRVƏTİNİ BAĞIŞLADI - VİDEO
16:53 31 Mart 2017
135 Digər
Ölkə mətbuatı
A- A+

Əslən suriyalı olan, Dubayda yaşayan 38 yaşlı biznesmen Mazzi Dumato keçirdiyi avtomobili qəzasından sonra fərqli həyat tərzi yaşayıb.

Publika.az xəbər verir ki, hazırda həyat yoldaşı Milena ilə birlikdə Cənubi Amerikada bir vaqonda yaşayan biznesmen, var-dövlətini Dubayda əmlakçılıq və internet marketinqi sahəsindən qazanır.

Döş xərçəngi olan həyat yoldaşının müalicəsi üçün təxminən 700 min dollar xərcləyən Dumato artıq bütün qazancını yalnız səyahətə xərcləyəcək.

Həyat yoldaşının ağır vəziyyətindən təsirlənən iş adamı son olaraq Braziliyada xərçəngə qarşı mübarizə mərkəzi açaraq sərvətinin yarısını xəstələrin müalicəsinə bağışlayıb.

Həyatında heç bir şeyin əskik olmadığı vaxtlarda qazandığı pulları gərəksiz istiqamətlərə xərcləyən Dumato yoldaşının xərçəng bəlasından qurtulmasına o qədər sevinib ki, çətin vəziyyətdə olan xəstə insanlara yardım etmək məqsədilə xəstəxanalarda fond yaratmaq qərarına gəlib.


Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/193266.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR