Banka silahlı basqın: 2 nəfər yaralandı - FOTO

Banka silahlı basqın: 2 nəfər yaralandı - FOTO
17:05 31 Mart 2017
120 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbulun Pendik rayonunda bankı qarət etmək istəyənlərlə mühafizə xidməti əməkdaşları arasında atışma baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, atışma nəticəsində soyğunçular və mühafizə xidmətinin əməkdaşlarından biri yaralanıb.

Məlumata görə, günorta saatlarında biri qadın olmaqla iki nəfər banka basqın edib. Soyğunçular müştərilərdən birini girov götürüb. Bu zaman bankın mühafizə xidmətinin əməkdaşı atəş açaraq qarətçini ayağından vurub. Basqınçının açdığı atəş isə mühafizəçinin qarın boşluğuna dəyib. O, xəstəxanaya yerləşdirilib. Soyğunçular girovu buraxaraq hadisə yerindən qaça bilsələr də, sonradan müalicə olunmaq üçün getdikləri xəstəxanada tutulublar.
Hadisə ilə bağlı araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/530916.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR