Millət Vəkili: "Yəhudilər də soyqırıma məruz qalıb"

1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 mindən çox azərbaycanlını qətlə yetirib.

1918-19-cu illərdə Azərbaycanda erməni quldur dəstələri tərəfindən azərbaycanlılarla bərabər yəhudilər də kütləvi şəkildə qətlə yetirilib.

Bu barədə Metbuat.az saytına açıqlama verən millət vəkili Yevda Abramov 1918-ci il soyqırımı zamanı yəhudilərin başına açılan oyunlardan danışıb.

“Sovet dövründə yəhudilərin 31 mart soyqırımına məruz qalması məsələsi gizlədilib. Bu səbəbdən də, son 8-9 il bundan əvvələ qədər soyqırım qurbanlarının ölüm səbəbi bilinməsə də, onların xatirəsinə sinaqoqlarda dualar edilib. Lakin İnsan Hüquqları İnstitutunun direktoru professor Rövşən Mustafayevin səyi nəticəsində tarixi faktlar ortaya çıxıb. Ermənilər "Qırmızı Qəsəbə" ərazisindən keçərkən evlərində gizlətdikləri azərbaycanlıları ələ vermədikləri üçün yəhudiləri vəhşicəsinə qətlə yetiriblər. Quba və Quba-Xaçmaz yolunda, həmçinin Şamaxıda yaşayan yəhudiləri kütləvi şəkildə qırğına məruz qoyublar. Soyqırım barəsində professor Rövşən Mustafayev kitab da yazıb. Kitab rus, ingilis və yəhudi dillərinə tərcümə edilib. Yəhudilərin də soyqırıma məruz qalmaları barədə Quba Soyqırımı Memorial Kompleksində stendlərdə fotolar var. Məzarlığın antropoloji tədqiqatı davam etdirilir. Oradakı 700-ə qədər cəsədin milli tərkibi müəyyənləşdiriləcək. Bəlkə də onlardan yüzü məhz yəhudi nəşidir”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR