Bakıda FACİƏ: külək qızı 7-ci qatdan yerə atdı

Bakıda FACİƏ: külək qızı 7-ci qatdan yerə atdı
17:18 31 Mart 2017
297 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda güclü külək faciəyə səbəb olub.

Hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsində əlillər üçün tikilmiş binada baş verib.

E. Qasımov küçəsi ev 14, mənzil 75 ünvanında yaşayan 2000-ci il təvəllüdlü Natəvan Xankişi qızı Quliyeva rəfiqəsi ilə danışmaq üçün eyvana çıxıb. Saçları uzun olduğundan külək onu havaya sovurub və qəfildən qızı eyvandan çölə atıb. N.Quliyeva məhəccərdən tutub və evdəkiləri yardıma çağırıb. Balaca qardaşı onun köməyinə çatsa da, bacısını xilas edə bilməyib. Qız binanın 7-ci mərtəbəsinin eyvanından düşüb.

Natəvan Quliyeva təcili olaraq xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

İlkin ehtimallara görə, hadisə küləyin axşam saat 22:00 radələrində qəfildən gücləndiyi vaxt baş verib.

Əldə etdiyimiz məlumatlara görə, mərhum 11-ci sinif şagirdi imiş. Bu il ali məktəbə qəbul olmaq üçün imtahan verməyə hazırlaşırmış. (Enter.news)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/193279.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR