Bakıda bu yollarda hərəkət məhdudlaşdırılacaq

Bakıda bəzi yollarda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Metbuat.az xəbər verir ki, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Üzeyir Hacıbəyli küçəsinin Yusif Səfərov küçəsi ilə Azadlıq prospekti arasında yerləşən hissəsində, həmçinin Zərifə Əliyeva küçəsinin Azadlıq və Neftçilər prospekti arasında olan hissəsində avtonəqliyyat vasitəlrıinin hərəkəti məhdudlaşdırılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR