Bu küçələrdə hərəkət məhdudlaşdırılır

Bu küçələrdə hərəkət məhdudlaşdırılır
17:37 31 Mart 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gecə paytaxtın bəzi yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Milli.Az-a "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Üzeyir Hacıbəyli küçəsinin Yusif Səfərov küçəsi ilə Azadlıq prospekti arasında yerləşən hissəsində, həmçinin Zərifə Əliyeva küçəsinin Azadlıq və Neftçilər prospekti arasında olan hissəsində avtonəqliyyat vasitəlrıinin hərəkəti məhdudlaşdırılacaq.

Buna görə, sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyun alternativ yollar seçməkləri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/530944.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR