Dünyanın bir nömrəli narkobaronuna gözlənilməz DƏSTƏK

Dünyanın bir nömrəli narkobaronuna gözlənilməz DƏSTƏK
17:52 31 Mart 2017
116 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyanın bir nömrəli narkobaronu sayılan və hazırda ABŞ həbsxanasında cəza çəkən, "El Çapo" ləqəbli meksikalı Xoakin Quzmana gözlənilməz dəstək gəlib.

Milli.Az istipress-ə istinadən xəbər verir ki, Beynəlxalq Əfv Təşkilatı "El Çapo"nun ağır həbsxana şəraitinə görə ABŞ-ı tənqid edib.

"Aydın məsələdir ki, Xoakin Quzman cinayət işlədib. Təbii ki, onun həbsi normaldır. Ancaq 23 saat qapalı kamerada saxlanılması, sadəcə 1 saat gün işığına icazə verilməsi doğru deyil. Yersiz cəzadır" - Beynəlxalq Əfv Təşkilatının bəyanatında qeyd olunub.

Xatırladaq ki, narkobaron Xoakin Quzman ötən ilin əvvəlində Meksikada saxlanıldığı həbsxanadan qaçmış, ancaq ilin sonunda ABŞ xüsusi təyinatlılarının yardımı ilə yenidən tutularaq Nyu-Yorkda ciddi mühafizə olunan həbsxanaya köçürülmüşdü.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/530903.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR