İran qadın idmançılarını cəzalandırdı

İran qadın idmançılarını cəzalandırdı
18:17 31 Mart 2017
143 Dünya
Ölkə mətbuatı
A- A+

İran Bilyard Federasiyası, Çində keçirilən sərbəst bilyard oyunlarına qatılan qadın idmançılarını İslam geyim qaydalarına zidd geyindikləri üçün cəzalandırıb.

Milli.Az modern.az -a istinadən xəbər verir ki, federasiya cəza olaraq, qadın idmançıları bir il ərzində ölkə daxilində və xaricində keçirilən bütün yarışlardan uzaqlaşdırıb. Federasiya, cəza verdiyi idmançılar adını daha sonra açıqlayacağını bildirib.

Qeyd edək ki, ötən ay İran Şahmat Federasiyası, bənzər səbəblə 18 yaşlı qadın şahmatçı Dorsa Dersanşayini bütün yarışlardan uzaqlaşdırıb və şahmat üzrə İran millisindən çıxarıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/530909.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR