Cocuq Mərcanlıda tikinti işlərinin başa çatacağı müddət BİLİNDİ

Cocuq Mərcanlıda tikinti işlərinin başa çatacağı müddət BİLİNDİ
18:42 31 Mart 2017
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 50 fərdi evin və məktəb binasının tikintisi may ayının sonunadək başa çatacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Cocuq Mərcanlı kəndinin yenidən qurulması işləri sürətlə davam etdirilir: "Kənddə ilkin olaraq 50 fərdi evin və məktəb binasının tikintisi aparılır. Prezidentin tapşırığı ilə kənddə Şuşa məscidinin bənzəri inşa olunur. May ayının sonunadək kənddə tikinti işləri başa çatacaq".

Ə.Həsənov vurğulayıb ki, Cocuq Mərcanlı kəndinin adı indi dünya mətbuatında qeyd olunur:

"Prezident İlham Əliyevin tapşırığı ilə xarici ölkələrin media orqanlarının və səfirlərinin Cocuq Mərcanlıya səfəri təşkil edildi. Bütün dünya bildi ki, erməni silahlılarının 1993-cü ildə 3-4 aylıq işğal dövrü ərzində həmin kənd darmadağın edilərək yer üzündən silinib. Onlar gördülər ki, erməni vandalizmi nədir. Səfirlər çıxış etdilər, mövqelərini bildirdilər. Bütün bunlar dünya mediasında işıqlandırıldı. Hesab edirik ki, bu kəndin bərpası üçün Prezidentin tapşırığı əsasında görülmüş işlər bütün dünyaya səs saldı, ermənilərin işğal altında saxladıqları və darmadağın etdikləri ərazilərimiz haqqında daha mükəmməl məlumatın dünyaya yayılmasında böyük rol oynadı".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/530995.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR