Premyer Liqa klubuna transfer qadağası qoyuldu

Premyer Liqa klubuna transfer qadağası qoyuldu
19:17 31 Mart 2017
96 İdman
Ölkə mətbuatı
A- A+

Rusiya Futbol İttifaqının Mübahisəli Məsələlərin Həlli Palatası Premyer Liqada mübarizə aparan "Tom" klubunu cəzalandırıb.


Komandanın məşqçisi Viktor Sebelyova olan əmək haqqı borcu ödənilmədiyi üçün Tomsk təmsilçisinə yeni futbolçuları qeydiyyatdan keçirməsi qadağan olunub.


Təşkilat "Tom" klubunun qarşısında əmək müqaviləsinə uyğun olaraq, V.Sebelyova əmək haqqı, mükafat, həmçinin gecikməyə görə faiz borcları ödəməsi öhdəliyi qoyub. Palata bu qadağanı yalnız o halda götürə bilər ki, klub öhdəliklərini yerinə yetirsin.


Qeyd edək ki, "Tom" 20 turdan sonra 12 xalla sonuncu - 16-cı pillədə qərarlaşıb. (Report)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-premyer-liqa-klubuna-transfer-qadaas-qoyuldu-t57254.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR