Azərbaycan və Ermənistan yığmaları eyni qrupa düşməyəcək - UEFA

Azərbaycan və Ermənistan yığmaları eyni qrupa düşməyəcək   - UEFA
19:17 31 Mart 2017
147 İdman
Ölkə mətbuatı
A- A+

Millətlər Liqasının püşkatmasında Rusiya millisi ilə Ukrayna yığması eyni qrupa düşməyəcək. Fanat.Az xəbər verir ki, bu barədə UEFA-dan məlumat verilib. 


Bu qərar həm də Azərbaycan ilə Ermənistan milliləri üçün keçərlidir. 


Əmsallar cədvəlinə görə, bu millilərin eyni qrupa düşməsi mümkündür. Lakin bu halın qarşısı alınacaq və eyni qruplarda mübarizə aparmayacaqlar. 


Qeyd edək ki, Əmsallar cədvəli əsasında tərtib olunmuş həmin siyahıya əsasən, Azərbaycan millisi C Liqasına düşüb.


A və B liqalarına hərəyə 12, C Liqasına 15, D Liqasına isə 16 komanda düşüb. Liqaların yekun tərkibi DÇ-2018-in təsnifat mərhələsi yekunlaşdıqdan sonra - 2017-ci il noyabrın 15-də açıqlanacaq. Həmin vaxtadək Azərbaycan UEFA reytinqində ən azı 2 pillə yüksəlsə, B Liqasına düşəcək. Bunun üçün DÇ-2018-in seçmə qrup mərhələsindəki qalan 5 oyunda yüksək nəticələr göstərmək lazımdır.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycan-v-ermnistan-ymalar-eyni-qrupa-dumyck-t57253.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR