Ankaradan SƏRT CAVAB: “Səhv qərar olacaq”

Ankaradan SƏRT CAVAB: “Səhv qərar olacaq”
19:43 31 Mart 2017
155 Dünya
Ölkə mətbuatı
A- A+

Rəsmi Ankara müstəqillik üçün referendumun təşkil ediləcəyi barədə Şimali İraq kürd muxtariyyətinin lideri Məsud Bərzaninin bəyanatına cavab verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident sözçüsü İbrahim Kalın bu addımı doğru hesab etmədiklərini deyib: “Biz bu mövzunu daha əvvəllər də kürd regional rəhbərliyinin səlahiyyətliləri ilə danışdıq. Biz bunun səhv bir qərar olacağını düşünürük. İŞİD-lə mübarizənin aparıldığı bir vaxtda isə bu addımı ümumiyyətlə doğru hesab etmirik”.

İbrahim Kalın bunun ağır nəticələrinin yalnız İraqla məhdudlaşmayacağını vurğulayıb.

Qeyd edək ki, Məsud Bərzani yaxın vaxtlarda müstəqillik üçün referendum keçirəcəklərini bəyan edib.

Ömər



Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR