Mahaçqala bazarında yanğın: 30-dan çox xəsarət alan var

Mahaçqala bazarında yanğın: 30-dan çox xəsarət alan var
19:52 31 Mart 2017
85 Dünya
Ölkə mətbuatı
A- A+

Mahaçqalanın mərkəzindəki bazarda baş verən yanğında 33 nəfər xəsarət alıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dağıstanın səhiyyə nazirliyinin nümayəndəsi Zalina Murtuzaliyeva deyib.

Onun sözlərinə görə, 3 nəfər zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Digərlərinə isə ambulator yardım göstərilərək evə buraxılıb.

Müxtəlif əşyaların satıldığı bazarda yanğın səhər saatlarında baş verib. Alov bir neçə saat ərzində söndürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/531009.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR