"Sovetski"də ikimərtəbəli yaşayış binasında YANĞIN

"Sovetski"də ikimərtəbəli yaşayış binasında YANĞIN
19:57 31 Mart 2017
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda ikimərtəbəli yaşayış binasında yanğın baş verib.  

Milli.Az report-a istinadla xəbər verir ki, hadisə Yasamal rayonunda, "Sovetski" kimi tanınan ərazidə, üçotaqlı mənzilə qeydə alınıb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb, alovun digər mənzillərə keçməsinin qarşısı alınıb. 
Üçotaqlı mənzilin bir otağı tamamilə yanıb. 

Yanğının başvermə səbəbləri araşdırılır.

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/531007.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR