İran Bilyard Federasiyası Çində keçirilən turnirə qatılan qadın idmançıları İslam dininin geyim normalarını pozduqları üçün sərt şəkildə cəzalandırıb.
Metbuat.az-ın məlumatına görə, bilyard millisinin üzvləri bir il müddətinə ölkə daxilində və xaricində keçiriləcək bütün müsabiqələrdən uzaqlaşdırılıblar. Federasiya cəzalandırdığı idmançıların adlarını daha sonra açıqlayacaq.
Qeyd edək ki, keçən ay İran Şahmat Federasiyası bənzər səbəblərindən dolayı Dorsa Derehşaniyi bütün turnirlərdən kənarlaşdırmışdı. Bununla yanaşı, 18 yaşlı şahmatçı İran milli komandasından da uzaqlaşdırılıb.