Bakı sakinləri 31 Mart soyqırımı haqqında eşidiblərmi ?

Bakı sakinləri 31 Mart soyqırımı haqqında eşidiblərmi ?
20:22 31 Mart 2017
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az "ACT Azərbaycan"ın  22 - 27 fevral tarixlərində Bakı şəhərində apardığı sorğu nəticələrini təqdim edir.

Azərbaycanlıların mart soyqırımı 1918-ci ilin 30 mart - 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən qəddarlıqla həyata keçirilib. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın insan qətlə yetirilib, 10 minlərlə vətəndaş itkin düşüb.

Mərhum prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırım Günü kimi qeyd olunur.

Bəs Bakı sakinləri 99 il əvvəl baş vermiş soyqırım haqqında məlumatlıdırmı?

Rəyi soruşulmuş sakinlərin 76 %-i 31 mart 1918-ci il  tarixi haqqında eşitdiyini bildirib. Rəyi soruşulmuş qadınların 82 %-i, kişilərin isə 70 %-i bu tarix haqqında eşitdiyini bildirib. Sakinlərin dörddə biri ( 24 %) 31 mart 1918-ci il tarixi haqqında heç bir məlumatının olmadığını bildirib.

Rəyi soruşulan  gənc nəslin (18-24 yaş aralığı) 85 %-i bu tarixlə bağlı məlumatlı olub. 35-44 yaş aralığında olan respondentlərin isə 39 %-i bu haqda ilk dəfə eşitdiyini bildirib.

31 mart 1918-ci il tarixi haqqında eşidən respondentlərin böyük əksəriyyəti  bu günün azərbaycanlıların soyqırımı olduğu cavabını verib ( 94 % ). Gənc  (25-34 yaş aralığı) və  45-54 yaş aralığında olan respondentlərin demək olar ki, hamısı ( 98 % ) azərbaycanlıların soyqırıma məruz qaldığı tarixi düzgün göstəriblər.

4 % respondent isə sualı cavablandırmaqda çətinlik çəkib.

2 % respondent bu tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı tarixlə səhv salıblar. Bu cavabı bildirənlərin beşdə birini (21 %)  ahıllar (65 və yuxarı yaş )  təşkil edib.

Sorğu 22 - 27 fevral tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/531011.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR