"Sovetski"də ikimərtəbəli binada yanğın olub

Bakıda ikimərtəbəli yaşayış binasında yanğın baş verib.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda, “Sovetski” kimi tanınan ərazidə, üçotaqlı mənzildə qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb, alovun digər mənzillərə keçməsinin qarşısı alınıb.

Üçotaqlı mənzilin bir otağı tamamilə yanıb.

Yanğının başvermə səbəbləri araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR