Mart ayının ən yaxşı futbolçusu odur

Mart ayının nəticələrinə əsasən, İngiltərə Premyer Liqasının (İPL) ən yaxşı futbolçusunun adı açıqlanıb.

Metbuat.az xəbər verir ki, "Everton"un forvardı Romelu Lukaku qalib adını qazanıb.

Belçikalı futbolçu mükafata layiq görüldükdən sonra sevincini mətbuat nümayəndələri ilə bölüşüb:

"Mükafatı qazandığım üçün çox şadam. Əziyyətimin bəhrəsini gördüm. Hazırda yaxşı formadayam, həmçinin komanda da gözəl oyun nümayiş etdirir. Ümid edirəm ki, belə də davam edəcəyik".

Lukaku mart ayında İPL-də 4 dəfə rəqib qapılarına yol tapıb.

Qeyd edək ki, qalib mütəxəssislərin, azarkeşlərin və Premyer Liqada çıxış edən klubların kapitanlarının səsverməsi nəticəsində müəyyənləşib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR