Dibçəkdə çiyələk yetişdirməyin YOLLARI

Dibçəkdə çiyələk yetişdirməyin YOLLARI
21:52 31 Mart 2017
395 Maraqlı
Ölkə mətbuatı
A- A+

Müxtəlif kimyəvi maddələrə məruz qalmayan çiyələk yemək istəyirsinizsə, özünüz də ev şəraitində dibçəkdə əkə bilərsiniz. Ancaq bu zaman bəzi məqamlara diqqət etmək lazımdır. Bunlardan ən əhəmiyyətli olanları çiyələk toxumunun nə zaman əkilməsi və necə qulluq edilməsidir. Milli.Az lent.az-a istinadən dibçəkdə çiyələk yetişdirməyin yollarını təqdim edir.

Əvvəlcə onu qeyd edək ki, çiyələyin hər növünü dibçəkdə yetişdirmək olmur. Ona görə də çiyələk toxumu alarkən müəyyən çiyələk növləri ilə maraqlanmalısınız. Məsələn, dağ çiyələyini özünüz evdə də yetişdirə bilərsiniz.
 
Çiyələkləri əkməzdən əvvəl təbii ki, dibçək seçimi əhəmiyyətlidir. Hər dibçəkdə çiyələk yetişdirmək olmaz. Çiyələk əkəcəyiniz dibçək böyük olmalıdır. Çiyələk kök atacağı üçün kənarlarında dəliklər olmalıdır. Bununla yanaşı, çiyələyi əkdiyiniz qabı müəyyən yüksəklikdə saxlamalısınız.
 
Çiyələk hər mövsüm əkilə biləcək xüsusiyyətə malik meyvədir. Lakin mart və sentyabr aylarında əkəcəyiniz çiyələk daha asan və tez yetişəcək. Çiyələyin torpağı nəmli olmalıdır və günəş almalıdır. Nəmsiz və günəşsiz mühitdə yetişən çiyələklər turş və dadsız olur. Ancaq həddindən artıq suya məruz qalan çiyələk çürüyə bilər. Buna görə də torpağın nəm tarazlığı yaxşı tənzimlənməli, dibçəyin kənarında suyun çoxluğunu aradan qaldıran dəliklər olmalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/530952.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR