Ağ ciyərlər haqqında bunu bilirdinizmi?

Ağ ciyərlər haqqında bunu bilirdinizmi?
22:17 31 Mart 2017
155 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ-ın San-Fransisko Universitetinin tədqiqatçıları ağ ciyərlərin əvvəl açılmayan funksiyasını aşkarlayıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ağ ciyərlər qan istehsalında mühüm rol oynayır. Belə ki, onlar dövriyyədə olan qan trombositlərinin yarıdan çoxunu istehsal edirlər.

Əvvəllər qan istehsalı yalnız sümük iliyi ilə bağlı idi. Alimlər ağ ciyərlərdə dolaşan meqakariositləri (trombositləri istehsal edən hüceyrə) daha əvvəl kəşf etsələr də, bunu sümük iliyi ilə əlaqələndirirdilər. Möcüzəli kəşf canlı siçanın ağ ciyərində videomikroskopiya təcrübəsi aparılmaqla aşkarlanıb. Yeni cihaz vasitəsilə ağ ciyərlərdə dövr edən trombositlərlə immun sistemi arasında bağlılığın olduğu öyrənilib. Real zaman ərzində siçanın trombositlərini izləmək üçün onun geninə yaşıl flüoressensiya zülalı (GFP) vurulub. Müşahidə əsnasında aşkar olunub ki, meqakariositlər trombosit istehsal etmək üçün sümük iliyindən ağ ciyərlərə qədər yol keçir. Nəticədə ağ ciyərlərin saatda 10 milyondan çox trombosit istehsal etdiyi üzə çıxıb.

Araşdırma zamanı, həmçinin ağ ciyər toxumalarının kənarında əvvəllər gizli olan qanın kök hüceyrələrinin və meqakariositlərin əcdad hüceyrələrinin böyük miqdarı aşkarlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/530955.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR