Bu aviaşirkətin stüardessaları sambo fəndləri öyrənəcək

Bu aviaşirkətin stüardessaları sambo fəndləri öyrənəcək
23:22 31 Mart 2017
Ölkə mətbuatı
A- A+

Rusiyanın "Pobeda" loukoster aviaşirkəti stüardessalara sambo fəndləri öyrətməyə başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, dərslərin Beynəlxalq Sambo Federasiyası ilə birgə həyata keçirilməsi barədə qərar da qəbul olunub.

Aviaşirkətdən verilən məlumata görə, bu addım uçuşlar zamanı yarana biləcək hər hansı hücumun qarşısını almaq məqsədilə atılır.

İlk növbədə sambo dərslərini təyyarələrdə sərnişinlərə xidmət göstərən əməkdaşlar öyrənəcək. Özünümüdafiə dərsləri təyyarədə çalışan digər əməkdaşlara da tədris ediləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/531027.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR