Bakıda 80 yaşlı qadın meyiti tapıldı

Bakıda 80 yaşlı qadın meyiti tapıldı
23:28 31 Mart 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtın Səbail rayonunda mənzildən qadın meyiti tapılıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Səbail rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1937-ci il təvəllüdlü Paqarellova Diana Alekseyevnanın cəsədini aşkar edərək aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 20:54-də başa çatıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/193306.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR