Lənkəranda tikilməkdə olan ev yandı

Lənkəranda tikilməkdə olan ev yandı
23:34 31 Mart 2017
148 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəranda iki otaqlı ev yanıb.

 

APA-nın  cənub bürosunun verdiyi məlumata  görə, hadisə rayonun Şiləvar kəndində qeydə alınıb.

 

Kənd sakini Nadir Nəsirova məxsus, tikilməkdə olan bağ evində naməlum səbəbdən yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın nəticəsində ev tamamilə yanıb.

 

Ev sahibi evdəki əşyaların oğurlandığını, evə qəsdən od vurulduğunu iddia edir. Hadisə yerinə polis əməkdaşları da cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271055

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR