Ruslar ABŞ-ın yalanını belə ortaya çıxardılar -

"Russia Today" (RT) televiziyası Suriyanın şimalındakı Raqqa şəhərinin yaxınlığında xidmət keçən ABŞ əsgərlərinin görüntülərini yayıb.

Metbuat.az-ın məlumatına görə, "RT International" müxbiri Lizzi Felanın paylaşdığı fotolar cəbhə xəttinə çox yaxın bir bölgədə çəkilib.

Görüntülərdə məhz İŞİD-in mərkəzi Raqqada xidmət çəkən ABŞ əsgərlərinin olması dünya mediasında böyük maraqla qarşılanıb. Bildiyiniz kimi, daha öncə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) əsgərlərin Raqqaya təlim-təchizat proqramı çərçivəsində göndərildiklərini açıqlamışdı.

Son olaraq, ABŞ rəhbərliyindəki beynəlxalq koalisiyanın dəstəyi ilə Raqqada hərbi fəaliyyətini davam etdirən YPG terrorçuları RT-yə açıqlamalar veriblər. Onlar İŞİD-ə qarşı əməliyyatlarda bir müddətdir ki, amerikalı əsgərlərlə əməkdaşlıq etdiklərini təsdiqləyiblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR