"Bəşər Əsədin gələcəyi Suriya xalqından asılıdır" -

"Suriya prezidenti Bəşər Əsədin gələcəyi Suriya xalqından asılıdır. ABŞ bu reallığı qəbul edir"

Metbuat.az-ın məlumatına görə, bu sözlər Ağ Evin mətbuat katibi Şon Spayserə məxsusdur.

Obama hökumətinin Suriya siyasətinə toxunan Spayser ABŞ-ın bölgədəki əsas hədəfini də açıqlayıb:

"Bəşər Əsədlə bağlı qəbul etməli olduğumuz daha bir həqiqət var: öncəki hökumətin dövründə Əsədlə bağlı bir neçə fürsəti əldən verdik.

İndi isə diqqətimizi İŞİD-i məhv etməyə yönəltməliyik. ABŞ-ın Suriya və İraqdakı prioriteti terrorla mübarizə və xüsusilə də İŞİD-ə qalib gəlməkdir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR