"Çelsi" sabiq futbolçusunu geri qaytarmaq istəyir

"Çelsi" "Everton"un hücumçusu Romelu Lukaku ilə yaxından maraqlanır.

Metbuat.az "The Telegraph"a istinadən xəbər verir ki, xüsusilə də baş məşqçi Antonio Konte belçikalı futbolçunun transferinin baş tutmasını istəyir. "Çelsi"nin bir digər hücumçu namizədi isə Aleksis Sançesdir.

Xatırladaq ki, Romelu Lukaku "Everton"la müqavilə yeniləməyəcəyini açıqlayıb.

Cari mövsümdə 28 matçda meydana çıxan Romelu Lukaku 21 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR