Baş məşqçi komandanı meydanda qoyub getdi - Avroliqada qalmaqal

Baş məşqçi komandanı meydanda qoyub getdi - Avroliqada qalmaqal
02:09 1 Aprel 2017
100 Digər
Ölkə mətbuatı
A- A+

Basketbol üzrə Avropa Liqasının XXIX turunda “Qalatasaray” “Baskonia” ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, istanbulluların 80:103 hesabı ilə məğlub olduqları oyun qalmaqalla başlayıb.

 

Belə ki, matçın start fiti verilən kimi salona toplaşmış azarkeşlər “sarı-qırmızılar”ın baş məşqçisi Ergin Atamanı təhqir etməyə başlayıb.

 

Xüsusilə də klubun ən fəal dəstəkçisi olan “Ultraslan” azarkeş qrupununun üzvləri tərəfindən söyüşlərə hədəf olan Ataman əlindəki plasmas su qabını kənara çırparaq paltardəyişmə otağına gedib.

 

Oyunun 5-ci dəqiqəsi gedərkən geri dönən baş məşqçiyə təhqirlər yenə davam edib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271060

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR