Misirdə İŞİD-in yerli lideri öldürüldü

Misirdə İŞİD-in yerli lideri öldürüldü
02:29 1 Aprel 2017
134 Digər
Ölkə mətbuatı
A- A+

Misir hərbçiləri İŞİD terror qruplaşmasının yerli özəyinin liderlərindən birini məhv edib. 

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hava zərbəsi nəticəsində öldürülənin “Sinay əyaləti” ekstremist qruplaşmasının liderlərindən biri  Əbu əl-Ənsari  olduğu məlum olub.

 

İŞİD qruplaşması əl-Ənsarinin Sinay yarımadasında öldürüldüyünü təsdiqləyib.

 

Misir KİV-lərinin məlumatına görə, Əbu əl-Ənsari  İŞİD-ə sədaqət andı içən və əvvəllər “Ənsər Beyt əl-Makdis” adı ilə tanınan “Sinay əyaləti” qruplaşmasının yaradıcılarından biri olub.

 

Qeyd edək ki, Misir ordusu Sinay yarımadasının şimalında iki ilə yaxındır ki, ekstremist qruplaşmalara qarşı antiterror əməliyyatı həyata keçirir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271061

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR