iPhone və iPad-lar noutbuka çevirəcək

iPhone və iPad-lar noutbuka çevirəcək
07:12 1 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"Apple" korporasiyası iki aksesuarın patenti üçün ərizə verib. Bu aksesuarların köməyilə "iPhone" və "iPad" qurğularını noutbuka çevirmək mümkündür. Sözügedən sənəd ABŞ Patent və Əmtəə Nişanları Bürosunun saytında dərc edilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, aksesuarlar "iOS" sistemi ilə işləyən qurğular üçün tutqac formasında hazırlanıb. Birinci halda "iPad" ekran rolunda çıxış edir və ona trekpada malik klaviatura birləşdirilir. Öz ekranı ilə təchiz edilmiş ikinci aksesuar "iPhone" üçün nəzərdə tutulub və trekpad rolunu yerinə yetirir.

Sənədə əsasən, qurğu videokart, portlar və noutbuka uyğun başqa atributlara malik ola bilərlər. Ancaq qurğunun işləməsi üçün ona "iOS" sistemli cihaz gərəkdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/530615.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR