Windows və Windows Phone işlədənlərin diqqətinə...

Windows və Windows Phone işlədənlərin diqqətinə...
07:42 1 Aprel 2017
130 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Microsoft" korporasiyası "Windows 10" əməliyyat sisteminin mobil versiyasına böyük ümidlər bəsləsə də, platforma populyarlıq qazana və istifadəçiləri digər əməliyyat sistemlərindən keçməyə məcbur edə bilməyib. Bundan başqa, 2016-cı ilin sonuna olan vəziyyətə görə, "Windows" smartfonlarının yalnız 16 faizi "Windows 10 Mobile" sisteminin idarəetməsi ilə işləyib, halbuki "Windows Phone 8.1" sisteminin payı 80 faizə yaxın olub. "Windows" sisteminin idarəetməsi ilə işləyən smartfonların populyar olmaması səbəbindən tərtibatçılar kütləvi şəkildə platformanın dəstəklənməsini dayandırmağa başlayıblar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bu yaxınlarda "Facebook" şirkəti istifadəçilərə "Messenger" messenceri tərəfindən "Windows Phone" sisteminin dəstəkləməsinin dayandırılması barədə məktub ünvanlayıb.

Beləliklə, apreldən etibarən "Windows Phone 8" və "Windows Phone 8.1" istifadəçiləri messencerdən yararlanmaq imkanından məhrum olacaqlar. Bundan əlavə, dəyişikliklər "Facebook" əlavəsinə şamil olunur. Belə ki, şirkət onun "Windows Phone", eləcə də "Windows Phone 8" və "Windows Phone 8.1" sistemlərinin masaüstü versiyalarında dəstəklənməsini dayandıracaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/530618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR