BMT Dağlıq Qarabağ üzrə danışıqları bərpa etməyə çağırd;

BMT Dağlıq Qarabağ üzrə danışıqları bərpa etməyə çağırd;
08:03 1 Aprel 2017
96 Digər
Ölkə mətbuatı
A- A+

BMT Dağlıq Qarabağ üzrə danışıqları bərpa etməyə çağırıb.

Publika.az "TASS"a istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.

Onun sözlərinə görə, BMT ATƏT-in Minsk qrupunun həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə etdikləri son bəyanatları nəzərə alır və tərəfləri atəşkəsi poza biləcək hər hansı hərəkətlərdən çəkinməyə çağırışını tam dəstəkləyir.

"Biz gərginliyin azaldılması üçün bütün səyləri alqışlayırıq və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına aparan məzmunlu danışıqları bərpa etmək üçün tərəfləri lazımi siyasi iradə göstərməyə çağırırıq", - Fərhan Haq deyib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/193329.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR