Virusa yoluxmuş smartfonlar 400% artıb

Virusa yoluxmuş smartfonlar 400% artıb
08:27 1 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"Nokia" şirkətinin mütəxəssisləri viruslu smartfonların sayının təxminən 400 faiz artdığını bildiriblər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, viruslu cihazların böyük hissəsi Avropa, ABŞ və Yaxın Şərqdə satışa çıxarılıb.
 
Mütəxəssislər qeyd edir ki, virusların böyük hissəsi smartfonlara internetdən ehtiyatsız istifadə nəticəsində düşüb. Onlar qeyd edib ki, hələ 2015-ci ildə təxminən 30 milyon smartfona zərərverici proqramlar yüklənib. Ötən ilin oktyabr ayında mobil şəbəkədə virusa yoluxmuş proqram təminatının səviyyəsi 1,35 faizə çatıb. Bu isə "Android" sistemi bazasında işləyən bütün cihazların təxminən 80 faizini təşkil edir.  
 
iOS əməliyyat sistemi daha dayanaqlı olub. Bu sistemin zərərverici proqramlardan maksimal müdafiə qabiliyyəti mövcuddur. Çox vaxt viruslar sistemə daxil olaraq istifadəçilərin şəxsi məlumatlarını piratlara ötürürlər.
 
Qeyd edək ki, daha əvvəl "Google" mütəxəssisləri də analoji hesabat açıqlayıblar. İlkin informasiyaya əsasən bu il dünya üzrə virusa yoluxmuş telefonların sayı 25% arta bilər. Səbəb ziyanverici proqram təminatının geniş yayılmasıdır. Bundan başqa, hakerlər demək olar ki, müəyyənləşdirilməsi mümkün olmayan metodlardan istifadə etməyi də öyrəniblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/530629.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR